Siyasət

Müxalifətin mitinqinə icazə verildi

1 dəqiqə
Müxalifətin mitinqinə icazə verildi

Bakı Şəhər Icra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 14-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb və müsbət cavab verib.

Abzas.net xəbər verir ki, muxalifətin aprelin 14-də saat 15.00-dan 17.00-dək Yasamal rayonunda yerləşən “Məhsul” Idman Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirməsinə etiraz edilməyib.

Milli Şura və Müsavat Partiyası aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinə etiraz olaraq birgə mitinq keçirmək barədə qərar veriblər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun