Aprelin 21-də Azərbaycanın baş nazir postuna Novruz Məmmədovun namizədliyi irəli sürülüb.
Milli Məclisdə müzkirələr zamanı Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovu ən etibarlı və təvəzökar məmur adlandırıb.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək qiymətləndirib və hər kəsi onun namizədliyini dəstəkləməyə çağırıb.
Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.
Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.
İlham Əliyev keçmiş baş nazir Artur Rasizadəyə bu günə qədər gördüyü işlərə görə təşəkkür edərək, istefaya göndərib.