İdman

PSJ-nin baş məşqçisi istefa verəcək

1 dəqiqə
PSJ-nin baş məşqçisi istefa verəcək

Fransa liqində böyük xal fərqi ilə çempion olan, lakin Çempionlar Liqasında istədiyinə nail ola bilməyən PSJ klubunun baş məşqçisi Unai Emery sezon sonunda komandada ayrılacaq.

Abzas.net xəbər verir ki, Emery istefa qərarını "Gengam" klubu ilə keçirəcəkləri oyundan öncə keçirdiyi mətbuat konfransında açıqlayıb

İspaniyalı mütəxəssisin Fransa klubu ilə müqaviləsi bu sezonun sonunda bitir.

Mətbuatda yer alan xəbərlərə görə, sezon sonunda PSJ Emery-nin yerinə "Borussia" Dortmund klubunun çalışdırıcısı Thomas Tuchel-i gətirməyi planlaşdırır.

Komandaya 2016-cı ildən rəhbərlik edən Emery bu müddət ərzində Fransa çempionluğu, ölkə Kuboku və Liqa Kubokunu, eləcə də 2 dəfə ölkə Super Kubokunu qazanıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun