Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

1 dəqiqə
Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Aprelin 19-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi vurğulanır.

Abşeronda gecə 7-9, gündüz 15-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacaq.

Aprelin 19-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənir. Gecə 4-8, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun