Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

1 dəqiqə
Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Aprelin 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Bəzi yerlərdə zəif duman olacağı, cənub-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi vurğulanır.

Abşeronda gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq.

Aprelin 18-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı bildirilir. Gecə 5-10, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoz

Nazirlik həmçinin bildirir ki, aprelin 18-19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun