Sanksiyalar Putin-in ətrafını çökdürür: "Milyarderlər 1 günə 12 milyard dollar itiriblər"

Sanksiyalar Putin-in ətrafını çökdürür: "Milyarderlər 1 günə 12 milyard dollar itiriblər"
9 Aprel 2018
Mətni dəyiş

Rusiyanın 50 ən zəngin adamının ümumi sərvəti bir gün ərzində 11,7 milyard ABŞ dollarından çox azalıb.

Abzas.net xəbər verir ki, bu barədə Rusiyanın RBK kanalı "Forbes" jurnalının mütəxəssislərindən alınan rəylərə istinadən məlumat verib.

Belə ki, aprelin 6-da ABŞ Rusiyanın təhlükəsizlik rəsmilərinə, siyasətçilərinə və şəxsən Vladimir Putin-ə yaxın oliqarxlara aktivlərin dondurulması və maliyyə məhdudiyyətlərini elan edərək, sanskiya tətbiq edib.

Daha sonra Rusiyada fond bazarı çöküb. Aprelin 9-da "Mosbirja" indeksində 9%-dən çox, RTS indeksində isə, təxminən, 11% azalma qeydə alınıb. Bunun ardından "Forbes" jurnalının siyahısında yer alan şəxslərin səhmləri sürətlə düşməyə başlayıb.

Rusiyanın alüminium nəhəngi "Rusal"ın səhmlərinin dəyəri, təxminən 25% və ya 1,3 milyard dollar dəyərində kəskin azalıb. Bununla da ən çox zərər verən maqnat "Rusal"-ın şəriklərindən biri olan Oleg Deripaska olub. Rusal Çin xaric dünyanın ən böyük alüminium istehsalçısıdır. Bu şirkət dünya alüminiumunun 7 faizini verir.

Daha bir milyarder, "Norilsk nikeli"in əsas sahibi Vladimir Pota da 1.3 milyard dollar itirib. Onun şirkətinin səhmləri 15% azalıb.

Bundan əlavə, aprelin 9-da Viktor Vekselberq (-908 milyon dollar), Süleyman Kərimov (-813 milyon dollar), Leonid Mixelson (-755 milyon dollar), Gennadi Timchenko (-716 milyon dollar), Vladimir Lisin (-578 milyon dollar), Roman Abramovich (-534 milyon dollar), Vahid Ələkbərov (-519 milyon dollar) da böyük itki ilə üzləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun