Şimali Koreya lideri Kim Jong Un ölkəsində nüvə və raket sınaqlarının dayandırıldığını bəyan edib.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, Kim Jong Un ölkənin şimalındakı nüvə stansiyalarında işlərin dondurulduğunu bildirib.
Jong-un sözlərinə görə, KXDR aprelin 21-dən etibarən şimaldakı nüvə sınağı poliqonunu bağlayacaq və nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq.
Kim Jong Un-un bu açıqlamasına ABŞ prezidenti Donald Trump münasibət bildirib:
"Şimali Koreya bütün nüvə sınaqlarını və əsas sınaq sahələrinin qapadılmasına razılaşıb. Bu Şimali Koreya və dünya üçün çox yaxşı xəbərdir. Bu böyük irəliləyişdir! Zirvə toplantısındakı görüşümüzü səbirsizliklə gözləyirəm."