Aprelin 27-də Koreya Respublikasının prezidenti Moon Jae In və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Jong Un arasında baş tutan görüşdə tarixi Bəyannamə imzalanıb.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bəyannaməyə görüşün keçirildiyi kəndin adı verilib.
Beli ki, imzalanmış sənəd "Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi" adlanır.
Bəyannamədə Koreya yarımadasında bir daha müharibənin baş verməyəcəyi bildirilir. Qeyd olunur ki, hər iki ölkə bundan sonra düşmənçilik fəaliyyətinə son verəcək.
Bundan əlavə, əsas məqsədlərdən biri Koreya yarımadasanın nüvə silahından təmizlənməsidir. Hər iki lider bu yöndə birgə çalışacaqlarını bildirib.
***
Aprelin 27-də Cənubi Koreya prezidenti Moon Jae In və Şimali Koreya lideri Kim Jong Un görüşüblər.
Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, görüş Cənubi Koreya ərazisində baş tutub.
Cənubi Koreya prezident idarəsinin sözçüsünün sözlərinə görə, görüşdə səmimi müzakirələr aparılıb:
"İki lider sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsi, daimi sülhün bərqərar olması, Cənubi-Şimali Koreya münasibətlərinin inkişafıyla bağlı ciddi və səmimi müzakirələr aparıblar".
Sonda görüşlərin nəticələri ilə bağlı bəyanat yayılacaq.
Bu, 1953-cü il Koreya müharibəsindən bəri Şimali Koreya prezidenti vəzifəsində olan şəxsin Cənubi Koreyaya ilk gəlişidir.
Bu, Şimali Koreya prezidentinin 1953-cü ildən indiyə qədər Cənubi Koreya ərazisinə ilk gəlişidi.
Aprelin 27-də Şimali Koreya lideri Kim Jong Un Cənubi Koreya ərazisinə ayaq basıb. Bu, 1953-cü il Koreya müharibəsindən bəri ilk dəfə baş verir.
KXDR liderinin iyunun əvvəlində ABŞ prezidenti Donald Trump-la da görüşü gözlənir.