Dünya

Şimali və Cənubi Koreya liderlərinin görüşü baş tutub

1 dəqiqə
Şimali və Cənubi Koreya liderlərinin görüşü baş tutub

Cənubi Koreya prezidenti Moon Jae In və Şimali Koreya lideri Kim Jong Un görüşüblər. 

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, görüş Cənubi Koreya ərazisində baş tutub.

Cənubi Koreya prezident idarəsinin sözçüsünün sözlərinə görə, görüşdə səmimi müzakirələr aparılıb:

"İki lider sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsi, daimi sülhün bərqərar olması, Cənubi-Şimali Koreya münasibətlərinin inkişafıyla bağlı ciddi və səmimi müzakirələr aparıblar".

Sonda görüşlərin nəticələri ilə bağlı bəyanat yayılacaq.

Bu, 1953-cü il Koreya müharibəsindən bəri Şimali Koreya prezidenti vəzifəsində olan şəxsin Cənubi Koreyaya ilk gəlişidir.

Bu, Şimali Koreya prezidentinin 1953-cü ildən indiyə qədər Cənubi Koreya ərazisinə ilk gəlişidi.

Aprelin 27-də Şimali Koreya lideri Kim Jong Un Cənubi Koreya ərazisinə ayaq basıb. Bu, 1953-cü il Koreya müharibəsindən bəri ilk dəfə baş verir.

KXDR liderinin iyunun əvvəlində ABŞ prezidenti Donald Trump-la da görüşü gözlənir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun