Dünya

Türkiyədə universitetdə dəhşət: 4 nəfər güllələnərək öldürüldü

1 dəqiqə
Türkiyədə universitetdə dəhşət: 4 nəfər güllələnərək öldürüldü

Bu gün Türkiyənin Eskişehir şəhərindəki Osmanqazi Universitetində dəhşətli qətliam baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, universitetin Təhsil fakültəsində müəllimlərdən biri silahla iş yoldaşlarına atəş açıb. Nəticədə fakülətinin dekan müavini, fakültə katibəsi, dosent və mühazirəçi həlak olub.

İlkin məlumata görə, dəhşətli cinayət fakültədə araşdırma aparan elmi işçilərdən biri tərəfindən törədilib. O, polis tərəfindən saxlanılıb. Hadisə zamanı böyük qorxu yaşayan tələbələr və digər əməkdaşlar universitet binasından təxliyə edilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun