NİDA Vətəndaş Hərəkatının üzvü, araşdırmaçı-jurnalist Əfqan Muxtarlıya yaxınları ilə görüşəməyə icazə verilmir.
Abzas.net xəbər verir ki, bu barədə NİDA İdarə Heyəti üzvü Məsud Əsgər məlumat verib.
Məsud Əsgərin sözlərinə görə, heç bir səbəb göstərmədən Əfqan Muxtarlı ilə görüşə buraxmırlar:
"Bu gün Efqan Muxtarlıyla görüşmək üçün 16 saylı CÇM-ə getmişdik. Görüş üçün bütün prosedurları keçəndən sonra sənədləri gətirib qaytardılar ki, görüşə icazə verilmir. Heç bir səbəb göstərmədən, CÇM-in rəisi ədliyyə polkovnik-leytenantı Şahin Həsənovun icazə vermədiyi deyildi."
NİDA İH üzvü bildirib ki, onun Əfqanla görüşmək üçün etibarnaməsi var və bundan öncə bir dəfə Əfqanla görüşüb.
"Halbuki bizim etibarnaməmiz var və bundan əvvəl Kürdəxanıda Əfqanla görüşmüşük", - deyə, M.Əsgər bildirib.
Xatırlatma
Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.
Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.
Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.
Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub.
Jurnalist ittihamları rədd edir, həbsini “siyasi sifariş” adlandırır.