Əfqan Muxtarlı Şüvəlan təcridxanasına gətirilib

Əfqan Muxtarlı Şüvəlan təcridxanasına gətirilib
4 May 2018
Mətni dəyiş

Həbsdəki jurnalist Əfqan Muxtarlının Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına "etap" edildiyi bildirilir.

Bu barədə NİDA hərəkatından Samir Əsədli Facebook səhifəsində yazıb.

Onun bildirməsinə görə, məhkəməsi başa çatmış jurnalist bir neçə gün həmin təcridxanada saxlanılacaq.

Ə.Muxtarlının Şüvəlandan cəzaçəkmə müəssisəsinə göndəriləcəyi bildirilir.

Əfqan Muxtarlı bunadək Şəkidəki penitensiar mərkəzdə saxlanılırdı.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-da həbs olunub. Jurnalist CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İddia olunur ki, sərhədi qanunsuz keçən Ə.Muxtarlının üzərindən 10 min avro pul tapılıb.

Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub. Ə.Muxtarlı ittihamları rədd edir, həbsini “siyasi sifariş” adlandırır. Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının da müəllifi idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun