Mayın 9-da ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirəcək.
ABŞ-ın Helsinki Komitəsinın anonsunda deyilir ki, Azərbaycan hakimiyyəti indiki rejimin 2025-ci ilə qədər saxlanmasını legitimləşdirmək üçün konstitusiyaya dəyişikliklər edib.
Bu ilin aprelində keçirilən seçkilərdəki beynəlxalq müşahidəçilər "ölkənin siyasi mühitinin, həmçinin əsas hüquq və azadlıqların məhdudlaşdırıldığını" qeyd ediblər.
Seçki ərəfəsində hakimiyyət bəzi müstəqil xəbər saytlarını bloklayıb, tanınmış müstəqil jurnalistləri həbs edib.
2017-ci ilin dekabrında Avropa məhkəməsi 2013-cü ildən həbsdə olan müxalifətçi İlqar Məmmədovun həbsinin qanunsuz olması barədə qərar çıxarıb. Ancaq hakimiyyət buna məhəl qoymayıb.
Debatlar zamanı tanınmış tarixçi, professor Odri Alştadt, "Meydan" TV-nin direktoru Emin Milli, Freedom Now -nun icraçı direktoru Maran Turner çıxış edəcəklər.