Mayın 25-də günün ikinci yarısı AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, Nərimanov rayon təşkilatının şöbə sədri Babək Həsənli polislər tərəfindən saxlanılıb.
Bu barədə AXCP-dən məlumat verilib.
Saxlananların AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov olduğu deyilir.
Onlardan Ruslan Nəsirli və Babək Həsənovun evində axtarış aparıldığı da bildirilir.