Azər Qasımlıya 30 sutka həbs cəzası verildi

Azər Qasımlıya 30 sutka həbs cəzası verildi
29 May 2018
Mətni dəyiş

Bu gün, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs verilib.

Bu barədə jurnalistlərə vəkil Elçin Sadıqov məlumat verib:

“Məhkəmədə o polisə tabe olmamaqda günahlandırıldı. Polisin iddasına görə, O küçədə ünvansız söyüşlər söyüb. Azər Qasımlı ittihamı qəbul etmədi. O, hesab edir ki, inzibati qaydada həbsi dünən, mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə yürüş keçirmələri ilə bağlıdır.”

***

REAL Partiyasının təmsilçisi Azər Qasımlı polisə aparılıb.

Bu haqda partiyanın məlumatında  bildirilir.

Məlumata görə, A.Qasımlı bu gün, mayın 29-da Baş Prokurorluğa çağırılıb. Onun baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olduğu deyilir.

Ancaq A.Qasımlının prokurorluqdan Yasamal Rayon Polis İdarəsinə aparıldığı bildirilir.

A.Qasımlı mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə keçirilən yürüşün əsas idarəedicilərindən biri olub.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun