Mayın 6-da The New York Times qəzetində dərc olunan məqalədə Avropa hökümətlərinin Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinə qarşı sanksiyaların irəli sürülməsinə çağırır.
Buna səbəb bu yaxınlarda açıqlanan istintaq nəticələrində bəzi AŞPA üzvlərinin Azərbaycanda insan haqları pozuntularına göz yummaq müqabilində rüşvət alqıdlarının üzə çıxmasıdır.
Məsələyə Human Rights Houses fondunun nümayəndəsi Florian İrminger münasibət bildirib.
Florian İrminger deyib ki, Azərbaycan hökümətinin qanunvericilərə rüşvət vermək yolu çox məharətlidir. Belə ki, onlar qanunvericilərə özəl hədiyyələr verir, amma tək-tək bu hədiyyələr rüşvət hesab edilmir. “Məsələn hər dəfə Bakıya gedəndə, onlara verilən bir neçə qram ikra, sadəcə kiçik bir hədiyyə olaraq görülür, amma ümumilikdə bunlar böyük rüşvət hesab edilir."
Florian İrminger söyləyib ki, Avropa Şurasının Parlament Assambleyası ilə bağlı sual və narahatlıqlar 2013-cü ildə AŞPA-nın Azərbaycanda siyasai məhbuslarla bağlı hesabatın əleyhinə səs verməsindən sonra yaranıb. Vəziyyət Pedro Aqramuntun Azərbaycan məruzəçisi və AŞPA-nin prezidenti olmasından sonra daha qəlizləşib. “İndi isə artıq Parlament Assambleyası dörd, beş il gözləmək yerinə bu cür halların yenidən baş verməsinin qarşısını almaq üçün artıq müəyyən tədbirlər görməlidir,” o deyib.
Florian İrmingerin sözlərinə görə, Avropa Şurasının Parlament Assambleyası yeganə qanunvericilik qurumudur ki, onların hədiyyələrlə bağlı qanunları yoxdur, çünki hesab olunur ki, Avropa Şurası ölkələrinin parlamentlərinin anti-korrupsiya qanunları AŞPA üzvlərinə də şamil olunur. Amma İrmingerin fikrincə, bu kifayət deyil və AŞPA-nın özünün də müəyəyn qanunları olmalıdır.
Bundan əlavə Florian İrminger hesab edir ki, Avropa Şurasına üzv ölkələrin parlamentlərinin bu məsələ ilə bağlı tədbir görməsi daha da vacibdir.
“İspaniya parlamenti parlamentin üzvü olan Pedro Aqramuntun illərdir Azərbaycan lobbisindən rüşvət almasına, Belçika parlamenti isə belçikalı qanunvericinin Azərbaycan hökümətinin onlara yolladığı bəyanatı təkrarlamasına göz yummamalıdır,” o söyləyib.
O həmçinin qeyd edib ki, Azərbaycan höküməti 2014-cü ildən bəri vətəndaş cəmiyyətinə qarşı təqiblərə başlayıb, dialoq üçün mühiti qapadıb, heç bir rəqabət olamdan prezident seçkiləri keçirib. Bu səbəbdən də, Florian İrminger hesab edir ki, Avropa Şurası bu vəziyyətə cavab olaraq Avropa Şurasına üzv ölkələrdən və parlamet üzvlərindən ibarət işçi qrupu yaratmalıdır. “Azərbaycanda baş verənlər normal hal deyil və davam edə bilməz. İndi biz Avropa Şurasının nə üçün bununla bağlı tədbir görmədiyini bilirik, çünki orada rüşvət hallarının olduğu ortaya çıxıb. Amma indi artıq işçi qrupu yaratmaq və Azərbaycan hökümətinə bildirmək lazımdır ki, Avropa Şurasının qanunlarına tabe olmasa, imtiyazlarını itirəcək.”
O deyib ki, ancaq bunu etdikdən və nəticələrini gördükdən sonra ən son addım olaraq Azərbaycanı AŞ-dan kənarlaşdırmaq nəzərdən keçirilə biləcəyini deyir, çünki bunun Azərbaycan vətəndaşlarına çox pis təsiri ola bilər. Buna səbəb isə odur ki, Avropa Şurasına üzvlük sayəsində vətəndaşlar Avropa İnsan Haqları Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsindən faydalana bilir.