Azərbaycan kinoteatrının arxasında ikimərtəbəli binanın balkonu aşıb.
Hadisə Əbdülkərim Əlizadə küçəsi 3 ünvanında baş verib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri hazırda sözügedən ərazidədir, bərpa işləri aparılır.
