Siyasət

İran parlamentində ABŞ bayrağı və nüvə razılaşmasına dair sənəd yandırılıb [video]

1 dəqiqə
İran parlamentində ABŞ bayrağı və nüvə razılaşmasına dair sənəd yandırılıb [video]

İran parlamentində ABŞ bayrağı və nüvə razılaşmasına dair sənəd, eləcə də birgə fəaliyyət planınını nəzərdə tutan sənəd yandırılıb.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, parlamentarilər bunu ABŞ-ın nüvə razılaşmasından çıxmasına etiraz olaraq ediblər.

Hadisəninmayın 9-da keçirilən İslami Şura Məclisinin iclasının açılışında baş verdiyi bildirilir.

Bundan əlavə, deputatlar ölkə rəhbərliyini ABŞ-a qarşı əks tədbirlər görməyə çağırıblar.

Mayın 8-də ABŞ prezidenti Donald Trump rəsmi Vaşinqtonun İranla imazalanan Nüvə Sazişindən çıxdığını bəyan edib.

[embed]https://www.youtube.com/watch?time_continue=56&v=qffZqPeDOIM[/embed]

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun