İran parlamentində ABŞ bayrağı və nüvə razılaşmasına dair sənəd, eləcə də birgə fəaliyyət planınını nəzərdə tutan sənəd yandırılıb.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, parlamentarilər bunu ABŞ-ın nüvə razılaşmasından çıxmasına etiraz olaraq ediblər.
Hadisəninmayın 9-da keçirilən İslami Şura Məclisinin iclasının açılışında baş verdiyi bildirilir.
Bundan əlavə, deputatlar ölkə rəhbərliyini ABŞ-a qarşı əks tədbirlər görməyə çağırıblar.
Mayın 8-də ABŞ prezidenti Donald Trump rəsmi Vaşinqtonun İranla imazalanan Nüvə Sazişindən çıxdığını bəyan edib.
[embed]https://www.youtube.com/watch?time_continue=56&v=qffZqPeDOIM[/embed]![İran parlamentində ABŞ bayrağı və nüvə razılaşmasına dair sənəd yandırılıb [video]](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2Firan-parlament.jpg&w=3840&q=75)