Fəxrəddin Mehdiyev
Zaman özündə sirləri saxlayan mürəkkəb, müxtəlif sahəli alimlərin diskussiya mövzusu olaraq qalır. “Zaman ən böyük hakim və həkimdir” ifadəsi də onun sirli dünyasına bir işarədir. Bu mövzu ilə bağlı diskusiyaların çoxsahəli aspektlərinə toxunmadan bir fikirlə tam razılaşmaq olar ki, insanların və xalqların zaman məsuliyyəti deyilən məsuliyyəti var.
Zamanın vektorlarına yanaşmalar da müxtəlifdir. Bir baxış ondan ibarətdir ki, keçmiş zaman haqqında fikirləşməyə dəyməz, çünki o keçib gedib, onu qaytarmaq mümkün deyil, gələcək haqqında da fikirləşməyə dəyməz, çünki o da gələcəyə məxsusdur, əsas indiki zamandır. Yalnız indiki zaman mövcuddur və ondan maksimum bəhrələnmək gərəkdir.
İkinci baxış ondan ibarətdir ki, keçmiş zamanı unutmaq olmaz, keçmiş zamanı unutmaq onu təkrar yaşamağa gətirib çıxarır, gələcək zamanı da fikirləşməyənin gələcəyi yoxdur. İndiki zaman gələcək zamanın əsasıdır.
Fikrimizcə, birinci yanaşma eqosentrik pisxologiyanın məhsuludur və çox zərərlidir. Ikinci yanaşma özündə alturizmi ifadə edir və mütərəqqi inkişafın tendensiyalarına uyğundur.
Zaman məsuliyyəti barədə dahi Üzeyir Hacıbəylinin 1906-ci ildə “İrşad” qəzetində dərc etdiyi bir məqaləsi yüz ildən çox vaxt keçməsinə baxmayaraq öz ideya miqyasına, fikir dərinliyinə görə heyranlıq yaradır. 1985-ci ildə rus dilinə tərcümədəki kitabında dərc edilmiş məqalə “НЕ ЗАБУДЕМ БУДУЩЕЕ” adlanır. Məqalədə deyilir:
“Сегодная все старания и усердия, проявляемые в делах и стремлениях култьурных народов, связаны с тем, какое значение они придают будущему. Нации, которые ценят и придают большое значение своему будущему, никогда не проявляют беззаботность и беспечность, а трудятся каждую минуту, каждую секунду… Каждая нация имеет свое будущее. Положительное или отрицательное этого будущего зависят от самой нации… Высоко ценя свое будущее, мы должны дорожить им. Мы должны подготовить такую почву, чтобы наше потомство жило без напряженного труда; хотя бы оно не столкнулось с трудностями, нами оставленными…”
Dahi Üzeyir Hacıbəyli məqaləni belə bitirir: “Мы должны подготовить такую плодотворную почву, чтобы будущее поколение жило спокойно и уверенно, нашло бы мощный рычаг для дальнейшего прогресса и эволюции”.
Məqalənin yazılmasından bir əsrdən çox vaxt keçib. Nə dəyişib?!
Ekspertlərə görə dünya ümumi daxili məhsulunun 57.1%-ni dünya əhalisinin 15.1%-nin yaşadığı 29 qabaqcıl ölkə istehsal edir. Yəni həmin ölkələr vahid zaman ərzində dünyanın əsas maddi və mənəvi sərvətlərini istehsal edirlər. Ona görə də təbii ki, dünyanın taleyini bu ölkələr müəyyən edir. Xalqların zaman və metafizik məhsuliyyətinin yaratdığı nüfuz və qüdrət budur!
Bizim isə bu dövrdə ərazimizin 20%-ni ermənilər işğal edib. Bir milyondan çox soydaşımız qaçqın və köçkündür. Zaman məsuliyyətini unutmaq bizə keçmişimizi təkrar-təkrar yaşadıb.
Hazırda bu günlə yaşamağımız, eqosentrimizin yaratdığı acgözlük, ədəbazlıq, yerlibazlıq, tayfabazlıq, qohumbazlıq, paxıllıq, dedi-qodulara aludəçilik və digər sosial bəlalar gələcəyimizi təhdid edir.
BİZƏ ZAMAN MƏSULİYYƏTİ ZƏRURİDİR! Bunun üçün Üzeyri Hacıbəylinin, Mirzə Cəlilin, Sabirin irsi böyük xəzinədir. Bu dahiləri dərk etmək lazımdır, gec də olsa. Metafizik məsuliyyət üçün!