Nikol Pashinian Ermənistanın Baş naziri oldu

Nikol Pashinian Ermənistanın Baş naziri oldu
8 May 2018
Mətni dəyiş

Bu gün - mayın 8-də Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib.

Abzas.net xəbər verir ki, Ermənistanın baş naziri vəzifəsinə "Mənim Addımım" Hərəkatının sədri, parlamentdəki "Çıxış" deputat fraksiyasının rəhbəri Nikol Pashinian yeganə namizəd olub.

Mayın 1-də keçirilən birinci turda Nikol Pashinianın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxmışdı.

Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.

Bugünkü iclasda parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsvermədə iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun