Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Pashinian mayın 1-nə keçən gecə saat 2-də Facebookda video müraciət yayaraq tərəfdarlarını səhər tezdən Respublika meydanında toplaşmağa çağırıb.
"Biz məlumat almışıq ki, gecə Serj Sarkisianın başçılığı ilə keçirilən respublikaçıların bir toplantısında sabah gözlənən baş nazir seçkilərini pozmaq, yəni xalq namizədinin baş nazir seçilməsinə yol verməmək qərarına gəliblər", - Pashinian bildirib.
"Serj Sarkisian və Respublikaçılar Partiyasının yeni planına qarşı durmaq üçün hamınızı sabah tezdən ayaqüstə olmağa, Respublika meydanına toplaşmağa çağırıram. Xalq qalib gəlib və onun qələbəsi de-yure təsdiq ounmalıdır", - o deyib.
Etiraz əvəzinə şənlik olmalıydı
Daha əvvəl, dünənki axşam mitinqində etiraz hərəkatının lideri Nikol Pashinian tərəfdarlarını mayın 1-də baş nazir məsələsi üzrə parlamentdə səsvermə zamanı heç bir kütləvi küçə aksiyasına qatılmamağa, parlament yerləşən prospekti bağlamamağa, parlament binası önündə piket təşkil etməməyə çağırmışdı. O, artıq buna ehtiyac görmədiyini bildirmişdi.
"Ermənistan vətəndaşı öz qələbəsini bayram etməlidir. Mən hamını sabah saat 11-də ümidsizlik, mühacirət, acizlik, qeyri-müəyyənlik üzərində öz şəxsi qələbəsini bayram etmək üçün Respublika meydanına toplaşmağa çağırıram", - Pashinian bəyan etmişdi.
Paytaxt Yerevandan və Ermənistanın rayon və şəhərlərindən meydanda toplaşanlar burada qurulmuş iri ekranlarda Ermənistan parlamentindən birbaşa yayımda baş nazir seçkilərini izləyə bilərlər.
Seçkilər saat 12-də keçirilməlidir
Bir neçə saatdan sonra Ermənistan parlamentinin xüsusi iclasında baş nazir seçilməlidir. Yeganə namizəd, Serj Sarkisyan hakimiyyətinə qarşı etiraz hərəkatının lideri, müxalif "Yelk" (Çıxış) parlament fraksiyasının sədri, Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Pashiniandır .
Onun namizədliyini rəhbərlik etdiyi fraksiya irəli sürüb. Parlamentdə təmsil olunan digər üç fraksiya, o cümlədən, parlamentin 61 faizini təşkil edən, formal olaraq hələ ki, hakim sayılan Ermənistan Respublikaçılar Partiyası namizəd irəli sürməyiblər.
"Tsarukyan bloku" (31 üzv) və Daşnaksutyun (7 üzv) fraksiyaları Pashiniana səs verəcəklərini bildirib, respublikaçılar (58 üzv) isə "xalq namizədinin" seçilməsinə maneə törətmək niyyətində olmadıqlarını bəyan ediblər.
"Xalq bilir nə etsin"
"Odur ki, sabah sizin təklif etdiyiniz namizədin baş nazir seçiləcəyi ehtimalı çox böyükdür", - bazar ertəsi Yerevanın Respublika meydanında minlərlə tərəfdarlarının iştirak etdiyi mitinqdə Pashinian bəyan edib.
"Kimin baş nazir olacağı vacıb deyil. Ən vacibi xalqdır, üsyan qaldıran, vəziyyətə idarə edən, hakimiyyətə yiyələnən xalq. Və bu xalq çox gözəl bilir ki, Ermənistanda öz xalqı ilə hesablaşmayan hakimiyyətin azğınlaşması təqdirdə nə etməlidir".
"Bu axşam mən başa düşdüm ki, sabah Milli Məclisdə nə baş verəcəyinin heç bir əhəmiyyəti yoxdur, vacibi Ermənistan Respublikası vətəndaşının qələbəsidir", - Pashinian deyib.
Paytaxt Yerevandan və Ermənistanın rayon və şəhərlərindən meydanda qurulmuş iri ekranlarda Ermənistan parlamentindən birbaşa yayımda baş nazir seçkilərini izləyə bilərlər.
Ermənistanda baş nazir seçkilərini işıqlandırmaq üçün 100-dən çox xarici KİV jurnalisti akreditə olunub, Facebook səhifəsində Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan qeyd edib.