Bu yaxınlarda Vaşinqtonun The Hİll Azərbaycan hakimiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin irsini və naliyyətlərini itirməsinə həsr olunmuş redaksiya məqaləsi dərc edib.
2003-cü ildən ölkəni diktatura idarə edir. Mayda dövlət başçısı xalqının 100 illik qürurunu yada salıb, amma, eyni zamanda, öz xalqını boğmaq üçün əlindən gələni edir.
"Müsəlman şərqində ilk dəfə olaraq Azərbaycan xalqı bütün vətəndaşlarına bərabər imkanlar yaradaraq, azad cəmiyyətdə yaşamaq arzusunu nümayiş etdirib", deyə Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çıxışında bildirib.
Amma Azərbaycan xalqı azad cəmiyyətdə yaşamır. Belə ki, bu yaxınlarda keçirilən seçkilərdə Əliyev ölkəni idarə etmək istəyini 2025-ci ilə qədər uzadıb.
Son illər Əliyev daim idarəetmə metodlarını sərtləşdirir, icra hakimiyyətinin səlahiyyətlərini genişləndirir, bu yaxınlarda isə prezidentin idarəetmə müddətini 5 ildən 7 ilə qədər uzatdı, bundan əvvəl isə həyat yoldaşını ölkənin vitse-prezidenti təyin etdi.
Vaxtilə müsəlman şərqində parlament respublikası olan ölkə bu gün AXC-nin təqlididir.
Hakimiyyət müxalifəti tamamilə boğmaq üçün daim repressiyalar həyata keçirir. Bu zaman həbslərdən və işgəncələrdən istifadə olunur. Ölkə parlamentində real müxalifətdən bir deputat belə yoxdur.
Məhkəmə sistemi ədalətli mühakimənin təqlididir, uzun illərdir təqsirsiz müxalifət və vətəndaş cəmiyyəti fəallarını vergiləri ödəməməkdə, xuliqanlıqda və ya narkomanlıqda ittiham edərək, onları həbsə atmaqla məşğuldur.
Bu gün Azərbaycanda 140-dan çox insan siyasi məhbus hesab olunur, onlar arasında jurnalistlər də az deyil.
Dövlət başçısı öz aksiyalarını ölkənin hüdudlarına da yayaraq, siyasi rəqiblərini məhv etməyə davam edir. Bu zaman hakimiyyətin repressiyaları minimum sayda siyasi məhbusa şamil edilən müntəzəm kiçik amnistiyalarla yumşaldılır.
Hökuməti istənilən ictimai nəzarətdən azadetmək üçün hakimiyyət müstəqil mətbuatı və vətəndaş cəmiyyətini məhv edib.
Hakimiyyət qanunvericilik səviyyəsində bir çox KİV-lərin, internet-resursların və müstəqil nəşrlərin fəaliyyətinə qadağa tətbiq edib.
Bu gün ölkə 180 ölkə arasında mətbuat azadlığının səviyyəsinə görə 163-cü yeri tutur.
"Azərbaycan hakimiyyəti Amerikaynan əməkdaşlığımız ətrafında spekulyasiya edir, bizi ölkədə hüquq və azadlıqların pozulmasını görməzdən gəlməyə çağırır", deyə məqalədə qeyd edilir.
Terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı qoşunlarının təchizatında iştirak, habelə Avropaya qaz nəqli Qərbi Azərbaycanda hüquq və azadlıqların pozulmasına göz yummağa məcbur etmək məqsədi daşıyır.
ABŞ Administrasiyası rəsmi Bakını demokratiyaya geri qayıtmağa, vətəndaşların hüquq və azadlıqlarına hörmət etməyə çağırmalıdır, deyə məqalənin sonunda qeyd edilir.