REAL fəallarına qarşı həbs dalğası başlayıb

REAL fəallarına qarşı həbs dalğası başlayıb
30 May 2018
Mətni dəyiş

Polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə ReAL partiyasının daha bir üzvü, Ərəstun Əlizadə Yasamal rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs edilib. 

***

Mayın 30-da REAL Partiyasının fəalı Elmir Həmzə məhkəmənin qərarı ilə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 25 sutka həbsə məhkum edilib.

Bu barədə Turan-a REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Həmçinin Nəsimi Rayon Məhkəməsi mayın 30-da ReAL partiyasının üzvü Nəriman Mücahid İsmayıl haqda inzibati hökm çıxarıb.

O, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə ittiham olunaraq 30 sutka azadlıqdan məhrum edilib.

Partiyanın daha bir fəalı Ərəstun Baxşəliyev hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Pattiyanın daha iki fəalı da polisə çağırılıb.

REAL Partiyasının Məclis üzvü Azər Qasımlı mayın 29-da polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs edilib.

Fəalların həbsi REAL Partiyası fəallarının mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı istiqlaliyyət küçəsindəki abidənin önündə nümayiş keçirdikdən sonraya təsadüf edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun