Dövlət Sosial Müdafiə Fondu vəfat etmiş 181 nəfər pensiyaçının hesabına üst-üstə 625,5 min manat məbləğində pensiya ödənişi həyata keçirib.
35 nəfər şəxs isə eyni dövrə aid əmək pensiyasını hər ay iki dəfə alırmış. İzi itirmək üçün pulları Fondun iki müxtəlif şöbəsindən çıxarırmışlar. Bu yolla çıxarılan məbləğ 319 min manatdan çox olub.
Bu barədə iqtisadçı Nemət Əliyev Hesablama Palatasının yoxlama hesabatına əsasən feysbuk səhifəsində yazıb.
İqtisadçı qeyd edir ki, təkcə bu iki fırıldaqla mənimsənilən məbləğ 1 milyon manata yaxındır. "Adamlar əməlli başlı qaz vurub, qazan doldururmuşlar. Sonra da təəccüblənirik ki, o məmur, o nazir villaları hansı pullarla tikilir. Pensiyaçının puluna göz dikən məmurdan da, nazirdən də bu dövlətə gün ağlayan olmaz..." - deyə N.Əliyev yazıb.