Yüzdən çox vətəndaş cəmiyyəti nümayəndəsi, hüquqşünas, jurnalist, siyasətçi mayın 28-də Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə bayram yürüşünün iştirakçılarının həbsi ilə bağlı DİN başçısı Ramil Usubova müraciət edib.
Həbs edilənlər "ünvansız senzuradankənar söyüşlərdə", "küçələri zibilləməkdə", "polisə tabe olmamaqda" və paytaxtın küçələrində digər pozuntularda ittiham olunub.
"Biz bu ittihamların uydurma olduğuna şübhə etmirik və əslində onlar bayram tədbirində iştirak etdiklərinə görə həbs olunublar", deyə müraciətdə bildirilir.
Müraciət müəllifləri istehza ilə qeyd edirlər ki, AXC-nin 100 illiyinin qeyd edilməsi, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək, birinci respublikanın banilərinin xatirəsinin yad edilməsi inzibati hüquqpozmadırsa, qoy onlar da "bayrağa, AXC dəyərlərinə və banilərinə sevgiyə görə" məsuliyyətə cəlb olunsun.