Cəmiyyət

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

1 dəqiqə
Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində bu gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda deyilir ki, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun