İdman

Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verdi

1 dəqiqə
Zidan "Real Madrid"in baş məşqçi postundan istefa verdi

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan istefa verdiyini açıqlayıb. 

Abzas.net xəbər verir ki, fransalı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb.

Zinəddin Zidan "Real Madrid"ə 4 yanvar 2016-cı ildə baş məşqçi təyin olunub.

Ötən müddətdə Zidanın rəhbərliyi altında klub 3 dəfə Çempionlar Liqasının, 1 dəfə İspaniya çempionatının, 1 dəfə İspaniya Superkubokunun, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə də  klublararası dünya çempionatının qalibi olub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun