2026-cı ildə futbol üzrə 23-cü Dünya Çempionatına üç ölkə, Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.
Bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub.
23-cü dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb.
Qərarı FIFA prezidenti Canni İnfantino açıqlayıb. O bildirib ki, səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.
2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.