Bu gün Apellyasiya Məhkəməsi REAL Partiyasının Məclis üzvü Azər Qasımlının və bu təşkilatın fəalı Nəriman İsmayılın inzibati həbsilə bağlı şikayəti təmin etməyib.
Onlar mayın 28-də AXC-nin 100 illiyinə həsr edilmiş yürüşdən sonra saxlanılıblar.
A.Qasımlı polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. N.İsmayılı isə növbəti gün eyni ittihamla həbs ediblər.
Həmin gün Elmin Həmzə 25 sutka, Ərəstun Baxşəliyev 30 sutka həbs olunub.
Vəkil Elçin Sadıqov Apellyasiya Məhkəməsinin qərarını ədalətsiz, qanunsuz və əsassız adlandırıb. Onun sözlərinə görə, müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb.
A.Qasımlının xanımı Samirə Qasımlı deyib ki, onun həyat yoldaşı məhkəmənin qərarını sufarişlı adlandırıb, çünki bu, şahid ifadələrinə əsaslanmayıb. A.Qasımlı həmçinin qeyd edib ki, siyasi fəaliyyətinə və hakimiyyəti tənqid etdiyinə görə təqib olunur. O, saxlanma şəraitinin pis olduğunu bildirib, onları sanki "Gestapo"da saxladıqlarını deyib. Onları darısqal şəraitdə saxlayırlar, təmiz havaya çıxarmırlar, ailə üzvləri ilə görüş vermirlər, telefonla danışmağa, hətta uzanmağa icazə vermirlər.