İyunun 25-də AŞPA-nın yay sessiyasında Rumıniyalı deputat Riekard Badeyin Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkilərinin yekunları haqqında məruzəsi dinləniləcək.
Bu barədə AŞPA-nın saytında yer alan məlumatda deyilir.
Məruzə özü, tövsiyələri və qiymətləndirmələri hələlik dərc edilməyib.
Məruzədə bu seçkilərin keçirilməsinə, demokratiya normalarına və Avropa Şurasının standartlarına uyğunluğuna hüquqi qiymət veriləcək.
Bu cür müzakirələr artıq rəsmi Bakının qəzəbinə səbəb olub və Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyada prezident seçkilərini müzakirə etmək qərarından narazılığını bildirib.