İyunun 5-7-də Avropa Şurası Nazirlər Komitəsi rüblük iclasını keçirəcək.
İclasda AŞ üzvü olan ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməsi məsələsinə baxılacaq.
AŞ-dakı mənbələrdən Turan-a məlum olub ki, baxılan işlərin arasında Azərbaycandan üç iş var: Qafqaz Məmmədov (nümayişlərdə iştiraka görə həbs); İlqar Məmmədov (hakimiyyəti tənqid etdiyinə görə əsassız həbs); Mahmudov və Ağazadənin (diffamasiyada ittiham olunaraq ədalətsiz mühakimə) işləri.
AŞ ölkələri Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməlidir.
Nazirlər Komitəsi müvafiq milli hakimiyyət orqanları, QHT və digər əlaqədar tərəflərin təqdim etdikləri informasiyanın əsasında qərarların icrasına nəzarəti həyata keçirir.
Rəsmi Bakı AİHM-in bir sıra qərarlarının icrasına məhəl qoymur və bu səbəbdən Avropa konvensiyasının 46-cı maddəsi ilə prosedura başlanılıb. Bu, məhkəmə qərarını icra etmədiyinə görə Azərbaycana qarşı sanksiyanın tətbiqini nəzərdə tutur.