Cəmiyyət

Bakıda şirniyyat sexində güclü yanğın olub [video]

1 dəqiqə
Bakıda şirniyyat sexində güclü yanğın olub [video]

Bakının Nizami rayonu ərazisində güclü yanğın baş verib.

Hadisə Əli Vəliyev küçəsində bir-birinə bitişik yerləşən bir neçə bişinti sexində qeydə alınıb.

Əvvəlcə bir sexdə başlayan yanğın sonradan digərlərini də əhatə edib. Hadisə zamanı obyektlərdə heç kim olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və 9 texnikası cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb.

Təhlükəsizlik məqsədi ilə yaxınlıqdakı 6 yaşayış binasına elektrik enerjisi verilişi müvəqqəti olaraq dayandırılıb.

[embed]https://www.youtube.com/watch?v=r-DjoM0APqo[/embed]

[embed]https://www.youtube.com/watch?v=RxMOc4iJ4dk[/embed]

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun