Cəmiyyət

Cərimə meydançasında baş vermiş yanğında 50-dək avtomobil yanıb

1 dəqiqə
Cərimə meydançasında baş vermiş yanğında 50-dək avtomobil yanıb

Bakının Nizami rayonunda avtomobillərin cərimə meydançasında baş vermiş yanğın saat 15:11-da söndürülüb, FHN bildirib.

Yanğın nəticəsində xəsarət alan olmayıb, ancaq müxtəlif məlumatlara görə, 30-dan 50-dək avtomobil yanıb.

İlkin məlumata görə, yanğın zibil çəninə atılan siqaretdən başlayıb. Sonra quru ot yanıb, bundan sonra avtomobillər yanmağa başlayıb.

Dayanacaqda müxtəlif pozuntulara görə yol polisi tərəfindən saxlanılan avtomobillər olub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun