Bu gün səhər 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı və media nümayəndəsi DİN-in qarşısına toplaşıb.
Onlar daxili işlər naziri Ramil Usubova ünvanlanan məktubu ona təqdim etmək istəyiblər.
Müraciətin mətni ötən gün açıqlanıb. Sənəddə nazir müraciəti imzalayanların hamısını həbs etməyə çağırılır. Belə ki, onlar da mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən yürüş və tədbirlərdə iştirak ediblər.
Bundan sonra polis REAL Partiyasının 4 fəalını xuliqanlıqda və ictimi asayişi pozmaqda ittiham edərək həbs edib.
Polisin bu qanunsuz hərəkəti ictimaiyyətdə böyük narazılıq yaradıb.
Səhər nazirliyin binasının önünə gələn fəallar bir müddət mətbuat xidmətinin müraciəti qəbul etməsinə nail ola bilməyiblər. Mətbuat xidmətinin nümayəndələri ilə uzun danışıqlardan sonra fəallara tövsiyə ediblər ki, müraciəti nazirə ünvanlanan məktub qutusuna atsınlar.
Bunu etdikdən sonra aksiyanın təşəbbüsçüsü, jurnalist Xədicə İsmayılova hadisə ilə bağlı həmkarları üçün kiçik bəyanat verib.
Ancaq 30 saniyə keçmişdi ki, yaxınlıqda dayanan polis işiləri X.İsmayılovanı çəkən iki jurnalisti - Ramin Dekonu və Elman Fəttahı aparıblar.
Sonra onları buraxıblar. Binanın içərisində polis çəkiliş lentinə baxaraq bildirib ki, binanın yaxınlığında çəkiliş aparmaq olmaz. 40 dəqiqə sonra onları buraxıblar.