İlqar Məmmədovun ad günü həbsxana önündə qeyd edilib [video]

İlqar Məmmədovun ad günü həbsxana önündə qeyd edilib [video]
14 İyun 2018
Mətni dəyiş

İyunun 14-də bir qrup REAL Partiyası təəssübkeşi 2 Saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına toplaşaraq tədbir keçiriblər.

Onlar REAL Partiyasının həbsdəki lideri İlqar Məmmədovun doğum gününü qeyd ediblər.

2 Saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına toplaşan REAL təəssübkeşləri liderlərinin ad günü münasibətilə həbsxana üzərindən şar çələngi uçurub, «İlqar Məmmədova azadlıq» şüarları səsləndiriblər.

Onların bu aksiyasına maneçilik yaradılmayıb.

Bir neçə partiya fəalı cəzaçəkmə müəssisəsinə müraciət edib, İ.Məmmədovla görüşmələrinə şərait yaradılmasını xahiş ediblər. REAL Partiyasından bildirildiyinə görə, cəzaçəkmə müəssisəsi görüşə icazə verməyib.

Ancaq baş verənlərə Penitensiar Xidmətin rəsmilərindən münasibət almaq mümkün olmayıb.

https://www.youtube.com/watch?v=TuBqmfuA9ik

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun