İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə

İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə
19 İyun 2018
Mətni dəyiş
Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə 300-ə qədər pambıqçının zəhərləndiyini iddia edir: “İmişlidən dəhşətli xəbərlər alıram. Xalqa qarşı fiziki və mənəvi soyqrımı davam edir. Bütün siyasəti iflas olan hakimiyyətin pambıq siyasəti nəinki iflasa uğrayıb, artıq insanları ölümlə üz- üzə qoyub. Onları tarlalarda qul əməyi ilə işlətmək az imiş kimi, indi də zəhərləyirlər. Pambıq tarlasında zəhərlənənlərin sayı 300- ə çatıb. İnsanların zəhərləndiyi pambıq tarlasının fövqəladə hallar naziri Kəmaləddin Heydərova aid olduğu bildirilir. Polis əməkdaşları xəstəxananı mühasirəyə alıb, jurnalistlərə çəkiliş aparmağa imkan verilmir. Aldığım qeyri- rəsmi məlumatlara görə, Kəmaləddin Heydərov və FHN əməkdaşları hadisə ilə bağlı helikopterlə İmişliyə gəliblər. Xəstəxanada sıxlıq olduğundan əksər xəstələrə həyətdə ilkin tibbi yardım göstərilir. Həkim çatışmazlığı var. Rayonun bütün həkim heyəti xəstələrə yardım etmək üçün səfərbər edilib. 10-a yaxın şəxsin vəziyyəti çox ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib”. ***

İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi Rayon Xəstəxanasının Terapiya, digər qismi də İnfeksion şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

***

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

Rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən Report-a bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun