Siyasət

Kommunal xidmətlər bahalaşa bilər – Tarif Şurasına müraciət göndərilib

1 dəqiqə
Kommunal xidmətlər bahalaşa bilər – Tarif Şurasına müraciət göndərilib

Azərbaycanda işıq, su və qaz pulu bahalaşa bilər.

Bu barədə məlumatlı mənbələrdən bildirilib.

Məlumatda deyilir ki, Azərenerji və Azərişıq enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət etdi. Enerji qiymətlərinin 14-16 qəpiyədək qaldırılması nəzərdə tutulur. Hazırkı qiymət 1 kilovat saata görə 350 kv.saatadək 7 qəpik, bundan yuxarı məsrəflər üçün isə 11 qəpikdir.

Bundan başqa, qaz və suyun qiymətlərinin qaldırılması üçün də Tarif Şurasına müraciət göndərilib.

Qiymətləri iyulun 1-dən qaldırmaq planlaşdırılır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun