ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.
"İyunun 13-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər", deyə Balayan çərşənbə axşamı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan XİN başçılarının və ya iki ölkənin baş nazirinin və prezidentinin görüşü haqqında razılaşma yoxdur.
"Yerevanda vasitəçilərin və XİN başçılarının ilk görüşü keçiriləcək. Görüşdə həmçinin gələcək addımlar və fəaliyyətlər müzakirə olunacaq", deyə Balayan qeyd edib.
Bir müddət əvvəl Azərbaycan XİN də həmsədrlərin iyunun ortalarında Azərbaycana səfər edəcəyini bildirmişdi.