Cəmiyyət

Qazaxda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb

1 dəqiqə
Qazaxda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G. Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun