Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

1 dəqiqə
Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

İyunun 22-də Bakı və Abşeron yarımadasında havaşəraitinin yağmursuz keçəcəyi bildirilir.

Abşeronda gecə 20-23, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq.

İyunun 22-də Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənir.

Gecə 16-21, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təxmin edilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun