İyunun 1-də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil edilən uşaq festivalı az qala faciə ilə nəticələnəcəkdi.
Tədbirin təşkilatçıları həmin yerə minə yaxın uşaq toplayıblar. Onları müxtəlif oyunlar və attraksionlarla əyləndiriblər. Qəflətən güclü külək təpəcik formasında düzəldilmiş attraksionu uçurub və toplaşanların üzərinə aşırıb. Attraksion bir neçə dəfə çevrilərək bir neçə metr aralıya düşüb. Nəticədə xəsarət alanlar var. Qeyri-rəsmi məlumatlara görə, 20 uşaq müxtəlif dərəcəli xəsarət alıb.
Rəsmi qurumlar susur, ancaq baş verənlər bayram iştirakçıları tərəfindən lentə alınıb və sosial şəbəkələrdə yerləşdirilib.
https://www.youtube.com/watch?v=-kSAZz938As