İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan Azərbaycana birgünlük rəsmi səfər edəcək.
O, Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.
Səfər zamanı hər hansı sənədin imzalanması gözlənilmir.
Bu, iyunun 24-də prezident seçkisində 52 faizlə qalib gələn Ərdoğanın ilk xarici səfəridir.
Erdogan Bakıdan birbaşa Şimali Kipr Türk Respublikasına, iyulun 11-də isə Brüsselə yollanacaq. Türkiyə prezidenti iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.
Adətən, Azərbaycanda və Türkiyədə seçkilərdən sonra dövlət başçıları ilk səfəri qardaş ölkəyə edirlər.