Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
Aİ-nin Bakı nümayəndəliyindən bildiriblər ki, səfər iyulun 30-da baş tutacaq.
Səfər zamanı T.Klaar hökumət rəsmiləri ilə görüşəcək.
Tərəflər arasında əməkdaşlıq məsələləri, həmçinin regionda təhlükəsizlik problemi və Qarabağ nizamlanması ətrafında vəziyyət müzakirə olunacaq.