Cəmiyyət

Dəmir yollarında gediş haqqı qaldırılıb

1 dəqiqə
Dəmir yollarında gediş haqqı qaldırılıb

"Azərbaycan Dəmir Yolları" QSC 27 iyul tarixindən Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarı və daxili marşrutlar üzrə tarifləri artırıb.

Turan”-ın məlumatına görə, yeni tariflər ictimaiyyətə açıqlanmasa da, biletlər yeni qiymətlərlə satılır.

ADY-nin sərnişin daşınması departamentindən bildiriblər ki, qiymətlər orta hesabla 10 faiz artırılıb. Eyni zamanda, tarif artması yalnız kupe və SV-lərdəki aşağı yerlərə aiddir.

ADY əvvəllər də aşağı yerlərə tarifləri qaldırmışdı.

2017-ci ildən dəmir yolunda tariflərə yenidən baxmaq səlahiyyəti Tarif Şurasından alınaraq ADY rəhbərliyinə verilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun