Cəmiyyət

Erməni kəşfiyyatçısı əsir düşdü

1 dəqiqə
Erməni kəşfiyyatçısı əsir düşdü

Bu gün səhər saatlarında Qazax rayonu ərazisində, Azərbaycan-Ermənistan təmas xətdində  Ermənistan kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin  xəbərinə görə,  bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun