Dünya

Gürcüstanda matəm elan olunub

1 dəqiqə
Gürcüstanda matəm elan olunub

Gürcüstanın Tkibulu şəhərindəki Mindeli kömür mədənində qəza baş verib, nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb. Xəsarət alanların tam sayı bildirilməsə də, ilkin ehtimala görə 9 nəfər yaralanıb. Qəzanın səbəbi hələ ki, məlum deyil.

Qəza ilə bağlı Gürcüstan baş naziri Mamuka Baxtadze fərman imzalalayaraq ölkədə matəm elan edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun