Son günlər Azərbaycanda dəhşət istilər müşahidə olunur. Hazırda son illərin ən isti günlərini yaşayırıq. Deyilənə görə, son 120 ilin ən isti günü də ötən gün qeydə alındı.
Həbsxanalarda vəziyyət daha acınacaqlıdır. N!DA-çı, “Heykəl məhbusu” Qiyas İbrahimlinin anası Şura Əmiraslanova həbsxanadakı acınacaqlı durum barədə facebook səhifəsdində yazıb:
''2 saylı cəzaçəkmə müəssisəsindən Qiyas zəng vurmuşdu. Həbsxanadakı acınacaqlı vəziyyətdən danışdı. Bir yandan yayın istisi, bir yandan da müəssisənin problemləri - qaz yox, işıq yox, soyuducu da işləmir, ventilyasiya sistemi sıradan çıxıb. Bunun hamısını məhbus etməlidi. Bəs müəssisənin rəhbərliyi nə işə baxır, bilmirəm. Bunun bir sonu olmayacaq?"