Dünya

İsrail Qəzzanı atəşə tutub, ölənlər və yaralananlar var

1 dəqiqə
İsrail Qəzzanı atəşə tutub, ölənlər və yaralananlar var

Qəzza zolağı İsrail ordusu tərəfindən artilleriya atəşinə tutulub.

“Anadolu” agentlyi xəbər verir ki, bu barədə Fələstin Səhiyyə nazirliyindən bildirilib.

Məlumata əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə ağır yaralanıb.


Qeyd edək ki, ötən həftə Qəzzadan açılan atəş nəticəsində bir İsrail hərbçisi ölüb. Buna cavab olaraq İsrail HƏMAS-ın Qəzza zolağındakı 70-ə yaxın obyektini bombalayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun