Siyasət

Merkel Azərbaycana gələcək

1 dəqiqə
Merkel Azərbaycana gələcək

Almaniya kansleri Angela Merkel Azərbaycana səfər edəcək.

Kansler avqustun 25-də Bakıda olacaq. Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində Merkel avqustun 23-də Tbilisiyə, 24-də Yerevana səfər edəcək.

Kanslerin Azərbaycan səfərinin gündəliyi diplomatik kanallar vasitəsilə hazırlanır.

Xəbəri "Moskva-Bakı" portalı yayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun